Dünən Livanın paytaxtı Beyrutda dəniz limanında güclü partlayışlar olub.
Türk mediasından HABERTÜRK-ün verdiyi məlumatda bilidirlir ki, Livanda fəaliyyət göstərən Qırmızı Xaç təşkilatının açıqlamasına görə, azı 100 nəfər ölüb, 4000-ə yaxın yaralı var. Partlayışın səbəbi kimi limanda depolanmış partlayıcı maddə göstərilir.Partlayışın gücü ilə ətrafdakı binalar və anbarlar dağılıb. Dağıntılar altında insanların olduğu bildirilir. Hadisədən sonra Livanda matəm elan edilib və 2 həftəlik fövqəladə vəziyyət elan olunub .

