Milli Məclisin iclasında deputat Tahir Kərimli "uşaq pulu”nun bərpasının vacibliyindən danışıb.
T.Kərimli bildirib ki, Azərbaycanda əhalinin çox hissəsi "uşaq pulu”nun verilməsini tələb edir.
"Uşaq pulu” məsələsi Qarabağ məsələsi qədər stratejidir. "Uşaq pulu” bərpa olunsun, varlı insanlar istəmirlərsə, ərizə yazıb bu vəsaitdən imtina etsin”, - deyə T.Kərimli əlavə edib.
Millət vəkili qeyd edib ki, "uşaq pulu” olsaydı, bu gün, bəlkə də, 190 manat birdəfəlik ödəməyə ehtiyac qalmayacaqdı.