Dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb.
Bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının elmi komitəsinin sədri Mustafa Qanei bildirib.
Onun sözlərinə görə, bu peyvənd dünyaya, o cümlədən İrana ixrac olunacaq səviyyədə deyil.
Komitə sədri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndi təsdiq etməsə, peyvənd ölkəyə gətirilməyəcək.
"ÜST bu peyvəndin insan üzərində sınağı üçün bir sıra icazələr verib, lakin bu peyvəndin hazırlanması bir neçə il çəkir. Hər bir ölkə peyvəndi digər ölkələrə ixrac etmək üçün ÜST-ün standartlarına cavab verəcək sənədləri təqdim etməlidir. Biz də ölkəyə peyvəndləri ÜST-ün icazəsindən sonra gətirə bilərik”, - deyə M. Qanei vurğulayıb/APA.
Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.