Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda uzun müddətdir ki, davam edən qalmaqal bitmək bilmir.
İnstitutun direktoru Həqiqət Qədirova indiki vəzifəyə təyin olunandan bu tibb ocağından şikayətlərin ardı-arası kəsilmir. Şikayətçilər isə illərlə bu institutda müxtəlif vəzifələrdə işləyən tibb işçiləridir. Aylardır Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.
Qeyd edək ki, Həqiqət Qədirova hazırkı posta 2017-ci ildə təyin edilib. Onun rəhbərlik fəaliyyətinin elə ilk günlərindən tabeliyində olan bir sıra işçilərə qarşı qərəzli və qeyri-mənəvi münasibət sərgilədiyi iddia olunur.
Bu dəfə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb işçilərindən birinin xəstəxanada koronavirusla mübarizədə istifadə olunan geyim ləvazimatlarının olmadığını əks etdirən səsyazması ortaya çıxıb.
Cebhe.info-ya ünvanlanan həmin səsyazmanı oxucularımıza təqdim edirik.
Məsələ ilə bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın mövqeyini öyrənməyə cəhd etsək də, mümkün olmayıb. İnstitut direktorunun mövqeyini yayınlamağa hazırıq.