Şəfəqə Doğru » Manşet » 8 yaşlı Hüseyn: "Anamla atamı şəhid etdilər" — VİDEO

8 yaşlı Hüseyn: "Anamla atamı şəhid etdilər" — VİDEO

8 yaşlı Hüseyn: "Anamla atamı şəhid etdilər" — VİDEO

"Onlar mənim anamla atamı şəhid etdilər”. 


Bu sözləri 11 oktyabr Gəncə terroru zamanı hər iki valideynini itirən 8 yaşlı Hüseyn deyir.


Shafaqadogru.com  İctimai televiziyaya istinadən xəbər verir ki, hadisə baş verəndə Hüseyn nənəsigildə olub. Bacısı Sevil isə həmin gecə sonuncu dəfə valideynləri ilə birlikdə olub. Sevil ata və anasının ölümünü hələ də qəbul edə bilmir.


Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində Hüseyn və Sevil Əlizadələr, həmçinin körpə Nilay Əliyeva hər iki valideynini itirib. Ümumilikdə isə 10 nəfər ölüb, 34 nəfər yaralanıb. /"Qafqazinfo"