Şəfəqə Doğru » Manşet » Dünyada erkən nikahların sayı pik həddə -Həyəcan təbili çalınır

Dünyada erkən nikahların sayı pik həddə -Həyəcan təbili çalınır

Dünyada erkən nikahların sayı pik həddə -Həyəcan təbili çalınır
"Save the Children” təşkilatı tərəfindən açıqlanan hesabatda bildirilir ki, dünya miqyasında 700 milyon qız uşağı 18 yaşından kiçik olarkən evləndirilib. Təşkilata görə,  uşaq yaşda evləndirilən qız uşaqlarının sayı azalacağı halda, ildən-ilə artır. Təşkilatın təxminlərinə görə, bu rəqəm 2050-ci ildə 1 milyard 200 milyona çatacaq.

Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Advices for creative play for kids at home from Save the Children UK –  Child UP

Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericilikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub.

Erkən nikah şikayətini kənar şəxs etsə...

Qadın nikaha daxil olmağa məcbur edildiyi anda cinayət bitmiş sayılır. Qadının rəsmi və ya faktiki olaraq nikaha daxil olub-olmamasının əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, bu cinayət ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğundan şəxsin özünün şikayəti əsasında və ya qanunvericilikdə qeyd olunan hallar yaranarsa, prokuror tərəfindən başlana bilər. Şikayətin hər hansı kənar şəxs tərəfindən yazılması cinayət işinin başlanmasına səbəb ola bilməz. Çünki nikaha daxil olmaq, nikahda qalmaq və ya qalmamaq şəxsin ayrılmaz hüququdur. Başqa şəxslər bu pozuntunu müşahidə etdikdə, şəxsin şikayət etmə imkanı olmadıqda cinayət işinin başlanması üçün müvafiq prokurora müraciət edə bilərlər.

Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib

Azyaşlını nikaha məcbur etmənin cəzası  - 3-4 min manat cərimə və 4 il həbs cəzası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondu ilə birgə 2009-cu ildə "Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 -da ölkənin regionlarının şəhər və kənd yerlərində "Qızların erkən nikaha daxil olması və rəsmi və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirilib. Hər iki təhlilin əsasında Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub. Məhz bunun nəticəsi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılıb. Bundan əlavə, xüsusi şərtlər altında ailələrin və digər tərəflərin razılığı əsasında bu yaş həddi icra hakimiyyəti tərəfindən qızlar və oğlanlar üçün 17 yaşadək azaldıla bilər. Və eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin " Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddəsi əlavə edilib. Həmin maddədə qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azyaşlı gəlinlərin daha çox olduğu rayonlar - VİDEO

Qız uşaqlarının həyat keyfiyyətində İsveç birinci, Türkiyə 55-ci sıradadır

Əfqanıstan, Yəmən, Hindistan, Somali kimi ölkələrdə qız uşaqlarının 10 yaşında evləndirildiklərinə diqqət çəkilən sənəddə həmçinin qeyd olunub ki, erkən yaşda evliliiklər təhsil səviyyəsinin aşağı düşməsi, cinsi xəstəliklərin artması, erkən hamiləliklə bağlı ölümlərin yüksəlməsi kimi fərqli problemləri də paralel gətirir.

"Save the Children” uşaq yaşda evlilik, erkən hamiləlik, ana ölümləri kimi kriteriyalara görə dünya miqyasında 144 ölkəni qız uşaqlarının həyat keyfiyyətinə görə sıralayıb. Buna görə İsveç qız uşaqlarının həyat keyfiyyəti ən yüksək ölkə seçilib. Finlandiya, Norveç, Hollandiya və Belçika ilk beşlikdə yer alan ölkələrdir. Türkiyə 144 ölkə arasında 55-cı sırada yerləşir. Siyahının son üç sırasında isə Orta Afrika Cümhuriyyəti, Çad və Nigeriya kimi ölkələr yer alır.

Cinayət məsuliyyəti daşıyan və təhlükəli ERKƏN NİKAH PROBLEMLƏRİ

"Save the Children” Təşkilatına görə, dünya miqyasında hər yeddi saniyədən bir 15 yaşdan kiçik bir qız uşağı evləndirilir. Qurumun araşdırmasına görə, Əfqanıstan, Yəmən, Hindistan və Somalinin də aralarında olduğu bəzi ölkələrdə yaşları 10-a qədər azalan qız uşaqları evlənməyə məcbur edilir.

"Save the Children” erkən evliliyin qızları həyatlarının hər qismində dezavantajlı bir vəziyyətə sala biləcəyini yazıb. Qız uşaqlarını erkən evliliyə məcbur edən faktorlar arasında çatışma, yoxsulluq və insani krizlər də yer alır.

"Save the Children”ın rəhbəri Helle Thorning-Schmidt  bildirib ki, uşaq yaşda evliliklər, qız uşaqlarını ən elementar təhsil, inkişaf və uşaq olma haqqından məhrum edir:” Erkən evlənən uşaqlar məktəbə gedə bilmir və ailə daxili şiddət, təcavüz və cinsi istismarla qarşılaşma ehtimalları artır. Hamilə qalırlar və HIV də daxil olmaq üzrə cinsi yollarla yayılan xəstəliklərə açıq hala gəlirlər”.

"Every Last Girl-Hər bir qız uşağı” adlı arayışda ölkələr məktəbləşmə, uşaq yaşda evlilik, hamilə qalma, ana ölümləri və parlamentdəki qadın sayına görə sıralanır.

Siyahının ən sonunda Çad, Nigeriya, Orta Afrika Cümhuriyəti, Mali və Somali yer alır. 144 ölkənin yer aldığı siyahıda isə Türkiyə 55-ci sırada, İsveç, Finlandiya və Norveç də ilk üç sırada yerləşir. Bu ölkələri Hollandiya, Belçika və Danimarka izləyir.

Sənəddə həmçinin qeyd edilib ki, qaçqın düşərgələrində yaşayan qız uşaqları daha çox erkən evlənmə təhlükəsi altındadılar. Çoxlu sayda qaçqın ailə qız uşaqlarını yoxsulluqdan və cinsi istismardan qorumaq üçün evləndirirlər.

Araşdırma çərçivəsində Liviyada yaşayan 13 yaşlı bir suriyalı uşağın yaşadıqları yer alır. 20 yaşındakı bir oğlanla evləndirilən, şərti adı Sahar olan qız aşağıdakıları deyib: "Toy günü çox gözəl bir gün olacaq deyə düşünürdüm, amma olmadı. Kasıblıq, bədbəxtlik dolu idi. Uşağım olduğu üçün çox şanslıyam. Amma mən uşaq böyüdən bir uşağam”.

UNICEF-in təxminlərinə görə, 2030-cu ildən etibarən uşaqkən evləndirilən qadınların sayı bugünkü 700 milyondan 950 milyona çıxacaq.

Gürcüstanda qızını erkən nikaha məcbur edən azərbaycanlının həbsinə  HÜQUQŞÜNAS RƏYİ » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Uşaq evlilikləri

Birləşmiş Millətlər Təşkilatı 18 yaşdan kiçikləri "uşaq” kimi tanıyır. Mütəxəssislər isə bildirirlər ki, qız uşaqlarının məcbur edildiyi nikahlar təkcə onların uşaqlıqlarını əlindən almır, oğurlamır. Eyni zamanda öz gələcəklərini müəyyənləşdirmək şansını da yox edir. Beynəlxalq təşkilat 700 milyondan çox olan uşaq evliliklərinin 2030-cu ilə qədər sonlandırılması çağırışını edib. Problem həll olunmayacağı təqdirdə bu say 2030-cu ildə 950 milyon və 2050-ci ildə 1.2 milyard olacaq.

18 yaşından əvvəl evlənən qız uşaqlarının bölgələrə görə təsnifatına baxanda isə görürük ki, ən çox "uşaq gəlinlər” 285 milyon rəqəmlə Cənubi Asiyadadır. Cənubi Asiyanı 115 milyonla Afrika, 75 milyonla Şərqi Asiya, 35 milyonla Orta Şərq və Cənubi Afrika, 60 milyonla Latın Amerika və qalan rəqəmi ilə digər bölgələr izləyir.

Uşaq nikahlarının yayılması keçən 10 il boyunca yüzdə 15 faizlə azalsa da, uşaqlıqda evlənən qızların ümumi sayı ildə 12 milyona çatır.

Amerikada uşaq evliliklərinə qanuni qadağa yoxdur

"Pew” Araşdırma Mərkəzi tərəfindən aparılan araşdırmaya görə, ABŞ-da 2014-cü ilə qədər 15-17 yaş arası 57 min 800 uşaq evlənib. Sözügedən rəqəm ölkənin ştatlarına görə dəyişiklik göstərir.

Məsələn, Qərbi Virciniya və Teksas uşaq evlilik faizinin ən geniş yayıldığı ştatların başında yer alır. Oklahoma, Arkanzas, Tennessee, Cənubi Karolina, Nevada və Kakiforniyanın da daxil olduğu digər bəzi ştatlar uşaq evliliyi ilə bağı orta statistikanın üzərində bir faizə sahibdilər.

Uşaq evliliyi ABŞ-ın demək olar ki, hər ştatında qanunidir. Ən azı 36 ştatda uşaqlar məhkəmə qərarı ilə evlənə bildikləri halda, 34 ştatda isə 16 və 17 yaşındakılar valideynlərinin icazəsi ilə evlənə bilirlər.

Massachusetts və New Hampshire ştatları 12-13 yaşındakı qız uşaqları ilə 14 yaşındakı oğlanların valideyn və ədliyyə icazəsi ilə evlənmələrinə imkan verir.

ABŞ-da uşaq evlilikləri sahəsində araşdırmalar aparan bəzi qeyri-hökumət təşkilatlarının rəqəmlərinə görə, bu ölkədə 2000-2015-ci illərdə yetkinlik yaşına çatmayan 200 mindən çox insan qanuni olaraq evləndi. Buna görə Teksasda 2000-2014 tarixlərində təxminən 40 min uşaq evləndiyi halda, bu ştatı 2000-2017-ci illərdə 16 min 400 uşaq evliliyi ilə Florida təqib edir. Nyu-Yorkda isə 2000-2010-cu illərdə 3 min 800-dən artıq uşaq evliliyi baş tutub. Virciniyada 2004-2013-cü illərdə təxminən 4 min 500, Alabamada isə 2000-2015-ci illərdə 8 min 600 uşaq evlənib.

Dünya miqyasında 5-9 yaş arasındakı qız uşaqları həftədə orta hesabla 4 saatını, 10-14 yaşlı qız uşaqları da 9 saatını ev işləri ilə keçirir. Bəzi bölgə və ölkələrdə isə bu rəqəm iki qatına çıxa bilir.

Somali, Efiopiya və Ruandada 5-14 yaş qrupuna daxil olan qız uşaqlarının yarıdan çoxu həftədə ən azı 14 saatını, ya da gündə ən azı 2 saatını ev işləri görərək keçirir. Bu faizlər sıra ilə Somalidə 64, Efiyopiyada 56 və Ruandada da 48 faizdir.

Ağdamda iki azyaşlının erkən nigaha daxil olmasının qarşısı alınıb

2050-Ci ildə bu qadınların sayı 1.2 milyarda çatacaq

Qlobal bir ortaqlıq olan "Girls Not Brides”ın (GNB) araşdırmalarına görə, dünyada erkən yaşda evlənmə halları artarsa, 2050-ci ildə bu qadınların sayı 1.2 milyarda çatacaq. Ailələr xüsusən də kriz dönəmlərində uşaq evliliklərini daha böyük maddi problemləri həll etmə və qızlarını şiddətdən qoruma yolunda bir çıxış yolu kimi görürlər. Uşaq evliliklərinin ən yüksək olduğu 20 ölkədən 7-si ən böyük ionsani krizlərlə qarşı-qarşıyadır.

Yəməndə uşaq evlilikləri siqnalverici dərəcədə yüksəlib. Ölkədə qız uşaqlarının 65 faizi 18 yaşından kiçik yaşda evləndirilir. Bu faiz müharibədən öncə 50 faiz idi.

İraq və Suriyada terrorist qruplar qız və qadınları qaçırıb təcavüz edir, satır və ya evliliyə məcbur edirlər. Özəlliklə də yezidi etnik azlıqlar bu vəziyyətdən daha çox zərər görüb.

Somalidə  2010 və 2011-ci illərdə qız uşaqları məktəbdən qaçırılaraq terror təşkilatı üzvləri ilə evləndirilib. Uşaqlarını vermək istəməyən ailələr öldürülüb və ya təhdid edilib. Bəzi hallarda uşaqlar məhz ailələrini qorumaq məqsədilə uşaq yaşda evliliyə razılıq verib. Sri Lankada yaşanan müharibə dövründə terrorist qrupun evli qızlara toxunmayacağını düşünən valideynlər bu səbəbdən qızlarını kiçik yaşda evləndirib.

Liviyada ölkələrindən qaçaraq bura sığınan suriyalı qızların 41 faizi 18 yaşından öncə evlənib. İndoneziya, Hindistan, Şri Lanka, Nepal, Mozambik kimi ölkələrdə keçmiş illərdə yaşanan zəlzələ, quraqlıq, sunami kimi təbii fəlakətlərə görə xüsusən də yoxsul ailələr qız uşaqlarını ya qorumaq, ya da ailənin xərclərini azaltmaq üçün evləndirib.(musavat.com)