Şəfəqə Doğru » Manşet » Alman deputatlardan Xankəndində xain addım – “Azərbaycan və Türkiyəyə qarşı sanksiya” tələbi...

Alman deputatlardan Xankəndində xain addım – “Azərbaycan və Türkiyəyə qarşı sanksiya” tələbi...

Alman deputatlardan Xankəndində xain addım – “Azərbaycan və Türkiyəyə qarşı sanksiya” tələbi...
Almaniya Bundestaqının və Bandenburq yerli Landtaqının deputatları  Azərbaycanın işğal altındakı Xankəndi şəhərinə növbəti qanunsuz səfər ediblər.
Shafaqadogru.com -un   Rusiya mediasına istinadla verdiyi məlumata görə, nümayəndə heyəti arasında Bundestaqın üzvü Şteffen Kotre, Bandenburqun yerli parlamenti olan Landtaqın vitse-prezidenti Andreas Qallau və Landtaqın deputatı Andreas Kalbits olub.

Üzdəniraq deputatlar Xankəndində guya "Azərbaycan ordusu tərəfindən dağıdılmış” yaşayış binalarının və Şuşadakı kilsənin "dağıntı"larına baxaraq qondarma, həqiqətə uyğun olmayan bəyanat yayıb, Azərbaycan və Türkiyəyə qarşı sanksiyalar tətbiq oilunmasını tələb ediblər.

P.S. Əvvəla, qeyd etdiyimiz kimi, alman deputatlar Xankəndini rəsmi Bakının icazəsi olmadan, həm Azərbaycan qanunvericiliyinin tələblərinə, həm də beynəlxalq hüquqa zidd olaraq ziyarət ediblər. İkincisi də əgər belə həqiqətpərəstdirlərsə, öncə dəfələrlə kütləvi qırğın silahı olan ballistik raketlərlə vurulmuş, onlarla sakini həlak olmuş, yaralanmış yüzlərlə ev dağıdılmış Gəncəyə, Tərtərə, cəbhə xəttindəki kəndlərimizə baş çəksinlər...

Sultan Laçın