Dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 973 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.
Virusa yoluxma faktında olan artım gigiyenik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Çünki artıq dünyanın bir çox ölkəsi COVİD-19- un ikinci dalğasından daha az itki ilə çıxmaq üçün karantin qaydalarını sərtləşdiriblər. İnsanlardan gigiyenik qaydalara daha ciddi şəkildə əməl etmələri tələb olunur. Çünki koronavirus sürətlə və daha geniş areala yayıla bilən virus növüdür. Məsələn yaponiyalı tədqiqatçıların araşdırmasına görə, COVİD-19 insan dərisində 9 saat yaşayır. Bu isə yoluxma riskini artırır. Bu mənada Azərbayanda da artıq ikinci dalğanın "ayaq səsləri” eşdilir. Digər tərəfdən tibb işçilərinin bir hissəsinin ön cəbhəyə göndərilməsi digər tibb işçilərinin yükünün və məsuliyyətinin artmasına səbəb olur.
Bəs görəsən bu, koronavirusa olan diqqətin azalmasına səbəb olurmu? Koronavirusun insan dərisində və əşyaların səthində bu qədər uzun müddət qalması nə qədər təhlükəlidir?
Həkim-infeksionist Əli Nağıyev "Sherg.az"a açıqlamasında virusa yoluxma halının artım səbəbini insanların sağlamlıqlarına biganə yanaşmaları ilə əlaqələndirib:
"Koronavirusa yoluxanların sayının artmasını mən insanların Qarabağ münaqişəsinə daha çox diqqət ayırıb, öz sağlamlıqlarına biganə yanaşmasında görürəm.
Əlbəttə, biz hamımız Qarabağın azad olunmasını arzulayırıq, ancaq sanki sosial məsafə saxlamağı, dezinfeksiya olunmağı unutmağa başlamışıq.
Düşünmürəm ki, bizim ön cəbhədə həkimlərə ehtiyacımızın olması, koronavirus cəbhəsindəki işimizi zəiflədir. Dövlət tərəfindən bu işə xüsusi diqqət ayrılır.
Fikrimcə, koronavirusla mübarizədə bizə mane olan yalnız şəxsi məsuliyyətsizliyimizdir. Digər məsələyə gəldikdə isə bu, mənim üçün təəccüblü məlumat deyil.
COVİD-19 onsuz da yoluxuculuğu yüksək olan xəstəlikdir. Maska taxmalıyıq. Maska taxsaq, virus 9 saat yox, 24 saat belə dəridə qalsa, təhlükə bizim üçün az olacaq."