Həkim bildirib ki, yolxuma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir.
"Dostlar, vəziyyət ciddiləşir. Vətənin keşiyində duran əsgərlərimiz, doğma yurdlarına dönəcək yaşlılarımız, əzizlərimiz üçün hamımız qaydalara uyğun maska taxaq".
Bu sözləri Publika.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Əhalinin yazla müqayisədə daha çox test etdirməsinin də rolu olduğunu deyə bilmərəm, tendensiyalar onu göstərdi ki, virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır”.
Aytən Məftun