Almaniyada yeni korona infeksiyalarının sayı artıq ən yüksək səviyyəyə çatıb-tam olaraq 21506 yoluxma faktı.
Bu haqda günün səhər saatlarında Robert Koch İnstitutu (RKI) açıqlama yayıb. Açıqlamada bildirilib ki, ilk dəfə 24 saat ərzində 20 mindən çox yeni infeksiya yoluxma halı qeydə alınıb.
RKI-nun məlumatına görə dünən bu göstərici 19990 sayında olub , son şənbə günü isə yoluxma sayı 19 059 olub.
Pandemiyanın başlanğıcından bu yana (6 Noyabr, saat 12.00), Almaniya daxilində koronavirusa ümumi yoluxma sayı 619 089 nəfərdır. Virusla əlaqəli ölənlərin sayı cümə gününə qədər 166 artaraq cəmi 11096 nəfərə çatıb. Təqribən 402.500 insanın sağaldığını təxmin edir//Bild
Tərcümə Nicat Novruzov