Şəfəqə Doğru » Manşet » Göyçayda qan töküldü: 1 nəfər 3 nəfəri bıçaqladı

Göyçayda qan töküldü: 1 nəfər 3 nəfəri bıçaqladı

Göyçayda qan töküldü: 1 nəfər 3 nəfəri bıçaqladı

Göyçay rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Shafaqadogru.com  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.