Şəfəqə Doğru » Manşet » Moldova xalqı yeni prezidentini seçdi

Moldova xalqı yeni prezidentini seçdi

Moldova xalqı yeni prezidentini seçdi

Moldovada Hərəkət və Həmrəylik Partiyasının lideri olan sabiq baş nazir Mayya Sandu  noyabrın 15-də keçirilmiş ikinci turda indiki prezident İqor Dodonla yarışıb. İlkin nəticələrə əsasən, Mayya Sandu 56,3% səslə önə çıxıb, İqor Dodon 43,7% nəticə göstərib.

1972-ci il təvəllüdlü Mayya Sandu Moldovada İqtisadi Təhsil və Dövlət İdarəçiliyi akademiyalarını, ABŞ-da Harvard Dövlət İdarəçiliyi İnstitutunu bitirib. 2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir olub.

1975-ci il təvəllüdlü İqor Dodon iqtisad elmləri doktorudur. Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub, Sosialist Partiyasının sədri olub. 2016-cı il noyabrın 13-də keçirilən ümumxalq səsverməsində prezident seçilib.

Moldovada prezidentin səlahiyyət müddəti 4 ildir.

Parlament respublikası olan ölkədə hökuməti 101 yerlik qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur//novator az