Şəfəqə Doğru » Manşet » Türkiyənin Azərbaycana əsgər göndərmə layihəsinə Rusiyadan ilk reaksiya gəldi-Peskov

Türkiyənin Azərbaycana əsgər göndərmə layihəsinə Rusiyadan ilk reaksiya gəldi-Peskov

Türkiyənin Azərbaycana əsgər  göndərmə layihəsinə Rusiyadan ilk reaksiya gəldi-Peskov

"Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.

Qaynarinfo yazıb  ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.