COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir:
"Sadəcə olaraq, müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər