Şəfəqə Doğru » Manşet » "Prezident qarşısında məsələ qaldırsın”-deputat baş nazırdən xahiş etdi

"Prezident qarşısında məsələ qaldırsın”-deputat baş nazırdən xahiş etdi

"Prezident qarşısında məsələ qaldırsın”-deputat baş nazırdən xahiş etdi

Deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin  daha 1 il uzadılmasını təklif edib. 

Deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir: "Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. 

 

Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməlidir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”.