Şəfəqə Doğru » Manşet » Ərdoğan-"İlham Əliyev Makronun planlarını alt-üzt etdi"

Ərdoğan-"İlham Əliyev Makronun planlarını alt-üzt etdi"

Ərdoğan-"İlham Əliyev Makronun planlarını alt-üzt  etdi"

"Çox dəqiq və aydın danışacağam. Təəssüf ki, Makronun Minsk üçlüyünün üzvü kimi bu müddətdə müsbət qatqısı olmadı. Burada da, təəssüf ki, Fransa Prezidenti olaraq həqiqətən də ağlasığımaz hərəkətlər edir. Atdığı çox təcrübəsiz addımlar sayəsində indi burada hər şeyi bir-birinə qatıb”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərdən birinin "Təxminən 30 ildir ki, Dağlıq Qarabağda davam edən bir işğal var. Bu işğal bitən kimi Fransa Parlamenti tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınması qərarı verildi. Fransanın münasibətini necə şərh edərdiniz? Fransa bölgədə nə istəyir?” sualına cavabında deyib.

 

"Diqqət edirəm, Makronun siyasi həyatında hər yerdən bir şey əldə etmək və ya çıxarmaq üçün bir səy var. Görürsən, Livanda hər yer yandırılıb, dağıdılıb, Makron Livana təlimat verir və oradan nəsə əldə etməyə çalışır. Başqa sözlə, hər zaman vəziyyətdən faydalanmaq üçün çalışır. Yəni Makron belə bir xarakterə sahibdir. 

Bu səbəbdən Azərbaycanla bağlı atdığı addımlarda da planları baş tutmadı. Xüsusilə, cənab Əliyev bu məsələdəki mövqeyi ilə Makronun planlarını alt-üst elədi. Bu kimə zərər verəcək? Fransaya. Niyə? Bəlkə də Fransa bu günə qədər atılan addımlar, məsələn, müxtəlif razılaşmalar və s. istisna olmaqla Azərbaycan-Fransa münasibətlərini bitirəcək. Bu, siyasi təcrübəsizlikdir”//hurriyet