14 sentiyabr 2020-ci il tarixli "Kərəm və Fərmayıl Məmmədrzayev qardaşları Qazaxda at oynadır” başlıqlı məqaləmizdə
oxucularımızı və aidiyatı qurumları müəyyən qədər bu qardaşların cinayət tərkibli
əməlləri haqqında məlumatlandırmişdıq .
Həmin məqalədə Qazax "28 saylı Yol İstismarı "MMC
–nin müdiri Kərəm Məmmədrzayevin rəhbərlik etdiyi MMC-dən başqa Ağstafa
çay hövzəsində çəxsi qum- çınqıl sexi də
var ki, həmin sexdə Kərəm müəllim rəhbərlik etdiyi 28 saylı idarənin
texnikasını ,yanacağını və işçi qüvvəsini istismar edərək , hədsiz dərəcədə varlanmışdır.K.Məmmədrzayevin keçən məqalədə
yazdıqlarım obyektləri,restaranları və sairlər qalsın bir yana .Mən bu gün Kərəmin
hansı yollarlasa , rəhbərlik etdiyi Qazax "28
saylı istismar MMC-nin baş tərəfində Ağstafa çay hövzəsində 5 ( beş )hektarlıq meşəlik sahəni Bakı şəhər
sakini olan həyat yoldaşı Məmmədrzayeva Fiqura Vahid qızı- nın icarəsində
olan torpaq sahəsindəki yaşıllığı (meşəni) məhv etdiyini yazmışdıq.Bu barədə
biz meşələrin qırılmasına dair ETSN-ə redaksiyamız tərəfindən müraciət də ünvanlamışdıq.
Ətraf
mühütin monitorinqi və Ekoloji Maarifləndirmə sektorundan
daxil olmuş eyni məzmunlu müşahidə aktında göstərilənlərlə əlaqədar ,idarənin əməkdaşları
tərəfindən yerində baxış keçirməklə araşdırma aparılarkən, Bakı şəhər sakini Məmmədrzayev
Fiqura Vahid qızının icarəsində olan 5,0 ha su fondu torpaqlarının təxminən 1,5
ha hissəsində yerləşən diametiri 32-36 sm-dən 4(dörd) ədəd söyüd ,28 sm-dən 3
(üç) ədəd qovaq,12-14 sm-dən 5 (beş) ədəd söyüd və 2 (iki) ədəd qovaq
ağaclarının maşın mexanizimlə kökündən çıxarılaraq ,məhv edildiyi və "28 saylı
Yol İstismarı” MMC-ə məxsus 99-KX-248 dövlət nişanlı , "Mesedes” markalı naməlum isdiqamətə daşındığı həmçinin ərazidə
torpaq hamarlama işləri aparılan zaman diametirləri 12,16,32 sm-dən umumilikdə
3 (üç) ədəd söyüd ağaclarının zədələndiyi müəyyən olunmuşdur . Yaşıllıqların məhv edilməsi və zədələnməsi nəticəsində təbiətə (yaşıllığa )3200,00
(üç min iki yüz )manat məbləğində dəymiş
ziyan hesablanmışdır.
Lakin ağacların kim tərəfindən məhv edildiyi və zədələndiyini
müəyyən etmək mümkün olmamışdır.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar təksirkar
şəxslərin müəyyən edilməsi və qanuna müvafiq tədbir görülməsi üçün tərtib
edilmiş sənədlər aidiyyatı üzrə Qazax rayon Prokrorluğuna göndərilmişdir.
Redaksiyamıza daxil olan məlumatlarda isə
bildirirlir ki,Qazax rayon Prokrorluğu tərəfindən istintak aparılarkən aydın olmuşdur ki, Kərəm Məmmədrzayev
soy adını bilmədiyimiz Bilal adlı bir qohumunu dilə tutaraq ,meşədə qırılan
ağacları boynuna almasını xahiş etmişdir.Əvəzində də ona nə verəcəyini Kərəmin özü və öz Allahı bilir. Məhkəmədə isə
Bilalı qurtaracağını öz boynuna götürmüşdür.
İnşallah
həmin iş üzrə məhkəmə prasesi yanvar ayının məlum 18 –i günündən sonrakı günlərin
birinə elan ediləcək.
Qeyd edək ki, ağacların qırıldığı zamandan
redaksiyamız tərəfindən Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 2 saylı Tovuz
ərazi idarəsinə ünvanladığımız məktubda və məqaləmizdə də Kərəm Məmmədrzayevin qardaşı Fərmail Məmmədrzayevin
Qazax bölgəsində nəzarət müffətişi vəzifəsində işlədiyini və meşənin q məhv edildiyini da qeyd etmişdik.O, məsələnin araşdırılması haqqında Fərmailin çox yaxından xəbəri
vardı və o işi ört –basdır edirdi. Bütün bunlara rəğmən hansı və kimin dəstəyi olduğunu bilmirik. Fərmail öz vəzifəsini davam etdirməkdə qalır . Beləliklə
Kərəm Məmmədrzayev və Fərmail qardasları
at oynatmaqda davam edir.Biz isə bu barədə təkrar Respublikanın baş
Prokrorluğuna və Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə redaksiyamız tərəfindən təkrar araşdırılıb bizə yardımçı olmalarını xaiş
edirik.
Bizi
izləyin .Davamı növbəti saylarımızda mövzuya
qayıdacayıq .