Yanvarın 18-dən Azərbaycanda vaksinasiyaya başlanılacaq.
"Qafqazinfo”nun yaydığı xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
"İlk növbədə tibb işçiləri vaksin olunacaq. Yanvarın 18-dən peyvəndlənmənin birinci, fevralın 1-dən isə ikinci mərhələsi başlanacaq”-deyə prezident köməkçisi bildirib.