Şəfəqə Doğru » Manşet » Baş redaktor əri tərəfindən qətlə yetirilib

Baş redaktor əri tərəfindən qətlə yetirilib

Baş redaktor əri tərəfindən qətlə yetirilib

Rusiyada Ryazan.Life regional xəbər portalının baş redaktoru Janna Şeplyakovanın yaşadığı mənzildə meyiti tapılıb.

Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb. 

Baş redaktorun bıçaqlanaraq qətlə yetirildiyi müəyyən edilib. Polislərin Jannanın əri tərəfindən öldürülməsi şübhəsi özünü doğruldub. Mərhumun həyat yoldaşı polisə təslim olub.

Məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Əri uşaqları götürmək üçün evə gəlib, lakin arvadı buna icazə verməyib. İki oğul anası Şeplyakova boşanmaq istədiyini gizlətməyib. Bu, ərini daha da qəzəbləndirib. Aralarında yaranan mübahisə davaya çevrilib. Ərinin onu öldürmək fikrinin ciddi olduğunu görəndə telefonla kömək istəyib...