Şəfəqə Doğru » Manşet » Rayonlara gediş-gəliş açıldı – Nəqliyyat məhdudiyyəti ləğv edildi

Rayonlara gediş-gəliş açıldı – Nəqliyyat məhdudiyyəti ləğv edildi

Rayonlara gediş-gəliş açıldı – Nəqliyyat məhdudiyyəti ləğv edildi

Bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb.

 Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

 

Qərara əsasən, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir // gununsesiinfo