Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşının məzarını tapıb.
Shafaqadogru.com bildirir ki, bu barədə ifaçı özü məlumat verib. O, məzardan foto paylaşaraq şəhidləri də yada salıb.
"Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə Əliyeva qeyd edib.
Xatırladaq ki, ifaçının həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində Cəbrayıl cəbhəsində minaya düşərək vəfat edib.
Türkan
Sfera.az