Əməkdar artist Mehriban Xanlarova Rusiyanın gürcü əsilli ifaçı Soso Pavliaşvilinin xalq artisti Ramiz Fətəliyevi təhqir etməsinə münasibət bildirib. shafaqadogru.com məlumatına görə, aktrisa müğənninin Bakıya gəlməsinə qarşı çıxdığını söyləyib:"Sənət adamı və ya ictimai xadimin Azərbaycanın icazəsi olmadan onun işğal olunmuş torpağına gedib, konsert verməsi düz deyil. Bu o deməkdir ki, həmin adam Qarabağı ermənilərinki kimi qəbul edir. Xalqıma qarşı atılan bu addım hörmətsizlikdir. Hələ bununla yanaşı bizim xalq artistimizi təhqir edir. Sən kimsən ki, xalq artistimizin ünvanına elə sözlər deyirsən? Bununla sən bizim xalqımızı təhqir etmiş olursan. Vətənimə gəlib havasını udsan, çörəyini yesən, haramın olsun. 9 milyon əhali səni qəbul etmir, buna baxmayaraq gəlirsən”.
Qeyd edək ki, R.Fətəliyev S.Pavliaşvilinin Bakıya gəlməsinə qarşı çıxmış, ona status yazmışdı. Soso isə qarşı tərəfin ünvanına təhqirlər səsləndirmişdi.