Qazax rayonunun Daş Salahlı kəndi duzlu,məzəli sönbətləri ilə tanınan insanları çox olub.Həmin adamların elədikləri zarafatlar və gülməli söhbətlər bu gündə kənd və hətta rayon caamatı arasında lətifələr şəkilində danışılmaqdadır.40-60-cı illərdə Daş Salahlı kəndində Kömür adlı bir yeyən ,içən məclislərdə öz məzəli söhbətləri ilə sayılıb seçilən adam varmış.Kəndin tanınmış ağsaqqalları ,ziyyalıları hər zaman onunla bir məclisdə oturmaqla zövq alarmış.Kömür kişi ilə oturub duran yaxın dostları onunla birlikdə yaşlı adamların hüzür yerlərində iştirak edərkən ,oturub durduğu adamları qınayırmış ki, ƏƏ dədən doxsan yaşında adam idi a bala ,onun ölümü toy bayramdı.Bir çənnə araq versəydin verdiyin əsənnən iştahla yeyərdik deyə söyləyirmiş.Bir gün dostlarınan biri olan məktəb direktoru Əlyo müəllimin atası 90-95 yaşlarında rəhmətə gedir.Əlyo müəllim kişilərin oturduğu yas məclisinə nəzarət edərkən, Kömür kişinin qabağındakı yeməyə və Əlya müəllimin üzünə baxdığını görür və tez başa düşür ki,kişi nə demək istəyir.Az sonra əlində bir dolça Kömür kişiyə yaxınlaşaraq.-"əmi su istəyən sənidinmi "deyərək,əlindəki qabı ona uzadır.Hə-hə Əlyo ağrın alım ciyarım yanırdı "deyib dolçanı heç ,kimə hiss etdirmədən başına çəkir və iştahla Əhməd kişinin ehsanından yeyir.Və ayağa qalxdığında –"Allah səna rəhmət eləsin Əhməd ! Bu kənddə ölü bir səni gördüm "deyib Əlyo müəllimə də baş sağlığı verərək, mərasimi tərk edib.