Müğənni Nadir Qafarzadə "Azəriqaz”ı tənqid edib.
Axşam.az-ın məlumatına görə, sənətçi qazın gəlməməsindən şikayətlənib:
"Deyirəm, qar, qış bizlik deyil. Bir az qar yağan kimi, qazı da kəsirlər, yollar da sürüşkən olur. Yolları təmizləmək lazım deyil, qazı da kəsin. Qaz lazım deyil, qoyun camaat ölsün soyuqdan. Odun olsaydı heç olmasa bina evində soba yandırardıq. Dəhşətdir... Soyuqdan evdə yatmaq da olmur, yorğan-döşək də qalmayıb, hamısını üstümə atmışam, yenə də xeyir etmir. Donuram soyuqdan. Ay qaz idarəsi, ay qaza baxanlar, niyə kəsmisiniz? Bu da dollarla deyil ki, özümüzünküdür. Yazığınız gəlsin bu millətə. Allahın bizə yazığı gəlsin”.