"Beynəlxalq təşkilatlar vasitəsilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna Ermənistanı da dəvət etmişdik. Əfsuslar olsun ki, müqabil tərəf dialoqa hazır olmadığını nümayiş etdirdi”. |
Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif format və üsullardan istifadə edərək yaxınlaşmanın marağındadır: "Dünyadakı problemlərin həllində mədəniyyətlərarası dialoqun təsiri çox vacib və önəmli rol oynaya bilər. Biz arzulayarıq ki, dünyadakı mövcud konfliklər sülh qarşılıqlı hörmət və anlaşma ilə həll edilsin. Hansısa dövlət BMT-nin qəbul etdiyi qətnamələrə riayət etmirsə, onların impelmentasiyasından qaçır, müəyyən dialoqa hazır olmamağından xıbır verir. Düşünürəm ki, panel müzakirələrində bu vasitənin gücü və imkanı haqda çox ciddi məsələlər müzakirə ediləcək”.