Şəfəqə Doğru » Mədəniyyət » Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

 

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

Shafaqadogru.com big.az-a istinadla xəbər verir ki, qəflətən qarşısına çıxan "VAZ 2107” markalı avtomobillə toqquşan "Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.

 

A.S.