Şəfəqə Doğru » Mədəniyyət » “Bədənimdə olan göyərmələrdən həzz alıram”

“Bədənimdə olan göyərmələrdən həzz alıram”

“Bədənimdə olan göyərmələrdən həzz alıram”

Solo konsertə hazırlaşan xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir

 


Shafaqadogru.com -un  məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında məşqlər zamanı xeyli zədə almasından danışıb:

"Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram".

Bir neçə aydır Heydər Əliyev adına İdman kompleksində rəqqasları ilə məşq edən A.Kazımova artıq məşqlərini konsertin keçiriləcəyi "Crystal Hall" səhnəsində davam etdirdiyini bildirib: 

"Gecələr də "Crystal Hall"da məşq gedir. Dekorasiya qurulmamış belə bu səhnə və məkan çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür".

30 illik hesabat konsertindən danışan müğənni 22 sentyabr tarixində bütün arzularını həyata keçirəcəyini etiraf edib:

"İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm".