Etibarsız insanlar olmasa, etibarlıların qədrini bilmərəm. Mənə daha çox ailə dostlarımdan zərbə dəyib. Pulumu yeyiblər. Çörək kəsmişik deyə, həmin insanı polisə, məhkəməyə verməmişəm”
Shafaqadogru.com -un məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə ARB Ulduz-un "Şou məkan” verilişində deyib.
Sənətçi bir nəfərin ondan borc alıb qaytarmamasından danışıb:
"1, 5, 50 manat da deyil, çox puldur. Dəqiq məbləğ deyə bilmərəm. Çünki bu pullar zamanla yığılıb o qədər olub. Əziyyətlə yığdığım pullardır ki, düşünmüşəm övladıma ev, qızıl alım, toy edim. Həmin pulu yemək, mənimsəmək olmaz.
Çörək kəsmişik, onun uşaqları mənə əmi deyir, mənim uşaqlarım da ona. Həyat yoldaşlarımız rəfiqə olublar. Sən demə, hər şey yalanıymış. O oğurlanan pulu yemək olmur. Nə zamansa əvəzi çıxır. Heç kim fikirləşməsin ki, mən kiminsə halal pulunu yedim, üstündən də su içdim”.
Nadir pulsuz günlərini xatırlayıb:
"Az olub, az yemişəm, çox olub çox yemişəm. Oturmuşam evimdə və demişəm, ay Allah, yoxdur də. Səbirli insan olmuşam. Guya, biz ac olmamışıq, pulsuz olmamışıq? Bəlkə, mənim qədər ac, pulsuz olan adam olmayıb. Amma dözmüşəm”.