"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar”.
Shafaqadogru.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Muzey mərkəzində dövlət başçısının müvafiq sərəncamları ilə təltif edilmiş, mədəniyyət və turizm sahəsində çalışan insanların medallarının təqdim edilməsi mərasimində Milli Şuranın mitinqində iştirak edən sənət adamları ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O, bunun heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun olmadığını deyib:
"Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.