Xristianların Milad bayramı, əslində, türklərə aiddir.
Shafaqadogru .com xəbər verir ki, bu sözlər türkiyəli yazar Uğur Dündarın yeni məqaləsində yer alıb.
"Türklərin təktanrılı dinlərə girməsindən öncəki inanclarına görə, "Yerin göbəyi” deyilən ərazidə bir şam ağacı olub. Bu ağacın ucu göydə oturan tanrı Ülgənin sarayına qədər uzanıb. Ülgən sarayında oturub, gecəni, gündüzü və Günəşi idarə edirdi. Günəş türklərdə çox önəmlidir. 22 dekabrda gecə gündüzlə savaşır və gündüz gecəni məğlub edərək, zəfər qazanır. Bu, günəşin yenidən doğuşu olaraq qəbul edilir. Astronomik olaraq bu gündən etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayır. Türklər bu zəfəri şam ağacı altında qeyd edirdilər, buna görə də "Şam bayramı” adlandırırdılar. Xristianlar bu bayramı hunların Avropaya gəlməsindən sonra onlardan götürürlər. Yəni bayramın İsanın doğuluşu ilə heç bir əlaqəsi yoxdur. Ortada bir doğuş var, amma bu, Günəşin yenidən doğuşudur”, - Dündar qeyd edib.