Shafaqadogru.com xəbər verir ki, bunu Azərbaycan Yazıçılar İttifaqının üzvü, 81 yaşlı Şərafət Dağıstanlı ARB TV-nin efirində "Sirdaş Rövşanə” proqramında qonaq olarkən deyib. 81 yaşlı ana kirayədə yaşadığını deyib:
"Yazıçılar İttifaqının üzvüyəm. Hamı mənə söz verib. Ailəm, evim vardı. Qızım ailə həyatı qurdu, onun övladı dünyaya gələndə pul lazım oldu. Məcbur olub evi satdım. Ev də şəraitsiz idi. O zaman evlər ucuz idi. Sonra evlərin qiyməti qalxdı, ala bilmədim. Qızım da evsizdi, kirayədə yaşayırıq. Çox çətin vəziyyətdəyəm”.
50 min şeri çap olunan şairə verilişdə borcu olduğu üçün diləndiyini də etiraf edib: "Küçələrdə dilənmişəm. Müğənnilərə deyirəm mahnılarımı oxuyun, kömək edin mənə”.
Bahar RÜSTƏMLİ