Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Shafaqadogru.com xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə minlərlə yeni məktəblər tikilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir.
Sevindirici haldır ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət bu gün Qazax rayonunda da uğurla davam etdirilir. Son illər rayonumuzda yeni məktəblər tikilmiş, məktəblərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış və bu istiqamətdə işlər bu gün də uğurla həyata keçirilir.
Səhər saatlarında keçirilən açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə nəzarət şöbəsinin müdiri İlqar Mahmudov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, vaxtilə məktəbi bitirmiş məzunlar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, işçi qrupunun üzvü olan Əməkdar müəllimlər, bağça müdirləri, rayon ziyalıları, ağsaqqallar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, şəhid ailələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirin aparıcısı, məktəbin ibtidai sinif müəllimi Könül Kərimova çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb və tədbiri açıq elan edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək bütün tədbir iştirakçılarını, müəllimləri, şagirdləri, valideynləri əsaslı şəkildə yenidənqurmadan sonra yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, xoş arzularını bildirib.
İcra başçısı fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırdığını, müəllim və şagirdlərə qayğı ilə yanaşdığını, Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi olduğunu bildirib. Qazaxda təhsilin keyfiyyətlə təşkil olunması, keçirilməsi, şagirdlərin dərsə davamiyyətinin yüksək olması barədə məlumat verib.
Ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci il tarixli Sərəncamı bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Bu gün Qazaxda təhsilə yaradılan şərait onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı günü-gündən artır.
İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən də danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri əsaslı şəkildə yenidən qurularaq 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin bu gün müəllim və şagirdlərin istifadəsinə verilməsini təhsilə olan qayğının bariz nümunəsi olduğunu qeyd edib. Təhsil sahəsinə göstərilən diqqət və qayğıya, müəllim və şagirdlər üçün yaradılan yüksək şəraitə görə ölkə başçısı İlham Əliyevə, Təhsil Naziri Ceyhun Bayramova bütün qazaxlı ziyalılar adından minnətdarlığını bildirib.
Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə nəzarət şöbəsinin müdiri İlqar Mahmudov çıxış edərək Təhsil Naziri Ceyhun Bayramovun səmimi salam və arzularını çatdırıb. Müəllim və şagirdləri, valideynləri, bütün Qazax ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edərək yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, bu gün dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı real həyatda öz əksini tapır. Gələcəyimiz olan gənclər üçün bu cür məktəblərin inşa olunması, təhsil sahəsinə daim dövlət səviyyəsində qayğı göstərilməsi bir daha onu göstərir ki, bu sahə gələcəyimizə hesablanıb. Bütün işlərin, həyata keçirilən tədbirlərin təməlində məktəblilərimiz, onların savadlı, bilikli, vətənpərvər gənc kimi yetişməsi dayanır.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı məktəblilərə xoş arzularını çatdıraraq təbrik edib. Qeyd edib ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur. Bu göstəricilərin əldə olunmasında 2 nömrəli tam orta məktəbin də xüsusi yerinin olduğunu qeyd edən N.Babanlı növbəti qəbul imtahanlarında daha böyük nailiyyətlər qazanmalarını və məktəbin göstəricilərinin artmasını arzulayıb.
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə təhsil ocaqlarının müasirləşməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. Son illərdə istifadəyə verilən məktəblər sırasına bu gün Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəb də əlavə olunur.
Məktəb haqqında ətraflı məlumat verən direktor qeyd edib ki, 1965-ci ildə inşa olunan məktəbimizdə təmir, bərpa və gücləndirmə işlərinə 2018-ci ilin aprel ayında başlanıb. 77 müəllimin çalışdığı, 642 şagirdin təhsil aldığı 964 yerlik bina 38 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, akt və idman zalları, bufet, kitabxana, kompyuter otaqlarından ibarətdir. Bildirib ki, məktəb lazım olan inventar və avadanlıqlarla tam təmin olunmuşdur. İstilik sistemi tamamilə yenilənmiş, 100 və 150 ton tutumu olan iki su hovuzu tikilmiş, su-kanalizasiya və işıqlandırma sistemləri qurulmuş, məktəbin həyətinə tamet döşənilmiş, hasar və dahi şair S.Vurğunun büstü yenilənməşdir.
M.Mustafayev məktəbin təmirinə başlayan ilk andan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tikinti işlərini daim diqqətdə saxladığını, hər zaman görülən işlərlə tanış olduğunu, öz tapşırıq və tövsiyələrini verdiyini də diqqətə çatdırıb.
Məktəb direktoru yaradılan bu şəraitə görə ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv və valideynlər adından öz dərin minnətdarlığını bildirib.
"Təhsilə göstərilən bu diqqət və qayğının Azərbaycan xalqının gələcəyinə xidmət etdiyini”, - deyən məktəb direktoru qeyd edib ki, müasir standartlara cavab verən bu məktəb ölkəmizin ən nümunəvi təhsil ocaqlarından biri olacaqdır. Bu rayon sakinlərinə və şagirdlərə ən böyük hədiyyədir. Bilikli, savadlı, vətənpərvər, gənc nəsli tərbiyə etmək üçün bundan sonra da daha böyük əzmlə çalışacaqlarını bildirib.
Məktəbin məzunu olmuş Ağköynək kənd tam orta məktəbin direktor müavini, Əməkdar müəllim, Tərəqqi medallı Sədaqət Əmirxanova çıxış edərək təhsil sahəsinə, xüsusilə də müəllimlərin əməyinə verilən qiymətə görə ölkə başçısına, təhsil nazirinə çoxsaylı müəllim yoldaşları adından minnətdarlığını çatdırıb.
Məktəbin daha bir məzunu Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki son illər bütün bölgələrimiz gündən-günə inkişaf edir, əhalinin maddi rifah halı yaxşılaşır. Qazaxda son iki il yarımda görülən işləri bu abadlıq işlərinin bariz nümunəsi kimi qiymətləndirən idman xadimi bildirib ki, bu gün elə bir sahə tapılmaz ki, orada bir yenilik olmasın. Qazaxda təhsil və idman sahəsinə göstərilən qayğının daim diqqət mərkəzində olduğunu bildirən R.Tağıyev başda ölkə başçısı İlham Əliyev olmaqla rayon rəhbərliyinə qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Valideynlərdən - şəhid ailəsi Kifayət Mustafayeva çıxış edərək bütün tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, yeni məktəbdə yeni nailiyyətlər qazanmalarını arzulayıb. Valideyn olaraq gələcəyimiz olan uşaqlara bu cür qayğı ilə yanaşdıqlarına, xüsusilə də müəllimlərə və şagirdlərə belə gözəl şəraiti yaratdıqlarına görə dövlət başçısı İlham Əliyevə, hər zaman uşaqlara göstərdiyi qayğısı ilə nümunə olan Mehriban xanım Əliyevaya, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Şəhid ailəsi kimi ölkə başçısının son günlər imzaladığı Fərman və Sərəncamları yüksək dəyərləndirən K.Mustafayeva şəhid ailələrinə, şəhidlərə olan sonsuz diqqət və qayğıya görə respublika prezidentinə bütün şəhid ailələri adından təşəkkürünü bildirib.
Şəhid ailəsi Aygül Məmmədova da çıxış edərək şəhid ailələrinə istər dövlət, istərsə də rayon səviyyəsində hər zaman qayğı göstərildiyini qeyd edib. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən şəhid ailələrinə qayğı ilə yanaşıb. O, çıxışı zamanı bir şəhid balasının – qızı Hamayanın arzusunu yerinə yetirərək onun atasının adına bulaq tikilməsini şəhid ailələrinə olan qayğının əyani təzahürü kimi qiymətləndirib. "Yeni istifadəyə verilən məktəb körpə fidan balaları daha da yaxşı oxumağa həvəsləndirəcək”, deyən A.Məmmədova dövlət başçısına, rayon rəhbərliyinə və əməyi keçən insanlara təşəkkürünü ifadə edib.
Məktəbin VII sinif şagirdi Növrəstə Haqverdiyeva Xalq şairi Səməd Vurğunun "Azərbaycan” şerini səsləndirdikdən sonra məktəbin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Sonra tədbir iştirakçıları S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbə baxış keçiriblər. Məktəbin foyesinə, akt, idman zalına, bufetə, fənn kabinetlərinə və laboratoriyalarına, kitabxanaya, tibb və müəllimlər otağına, siniflərə baxış keçirən tədbir iştirakçıları yeni məktəbdə yaradılan şəraiti yüksək qiymətləndiriblər. Gələcəyimiz olan uşaqlara yaradılan bu gözəl şəraitə görə əməyi keçən insanlara bir daha minnətdarlıqlarını çatdırıblar.