Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.
Görüşdə digər sənət adamları ilə yanaşı, əməkdar artist Tahir İmanov da çıxış edib. Belə ki, əməkdar artist film çəkilişləri ilə bağlı dövlət başçısından yardım istəyib.
Eyni zamanda, o, özəl televiziyalarda "Bakılı oğlanlar”a qoyulan qadağa barədə də Prezidentə məlumat verib. Həmçinin T.İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini xahiş edib.
T.İmanovun çıxışını dinləyən İlham Əliyev heç kimin onlara qadağa qoya bilməyəcəyini qeyd edib və "Parni iz Baku” komandasına dəstəyini ifadə edib.
Ölkə rəhbəri özəl televiziyaların belə qadağasının yanlış olduğunu diqqətə çatdırıb və eyni zamanda dövlətin daim onlara olan qayğısına da diqqət çəkib.
Prezident birbaşa orada Bakı şəhər İH başçısına müraciət edərək, küçələrdən birinə S.Ələsgərovun adının verilməsini də tapşırıb