Bu gün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə çıxan qadın müğənni Aysel Əlizadə barədə ittihamlar səsləndirib.
Shafaqadogru.com Musavat.com -a istinaden xəbər verir ki, qadın müğənninin onun ərini əlindən aldığını iddia edib. O deyib ki, 48 yaşlı əri Ayselə görə 2 uşaqla onu boşayıb.
Hətta müğənniyə bahalı maşını da keçmiş həyat yoldaşı alıb. A. Əlizadənin onun evinə gedib-gəldiyini, keçmiş əri ilə yaşayan qızı ilə şəkillər paylaşdığını deyib.
Qeyd edək ki, 2017-ci ildə mətbuatda müğənninin avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdə olduğu haqda xəbər yayılıb. Həmin şəxsin müğənniyə son model "Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı bildirilib. 45 yaşlı daha çox "Yetim” ləqəbi ilə tanınan həmin şəxsin adının Elçin olduğu deyilir.