Şəfəqə Doğru » Manşet » Ağstafa səhiyyəsi İlham Mustafayevin “əlində qalıb”.

Ağstafa səhiyyəsi İlham Mustafayevin “əlində qalıb”.

Ağstafa səhiyyəsi İlham Mustafayevin “əlində qalıb”.
Həmişə demokratiyadan, müstəqillikdən dəm vuran bəzi nazirlər, deyəsən ölkəmizdəki inkişafa badalaq vurmaqla da məşğuldurlar. Bəyənmədiyimiz possovet dövründə qəzetdə və ya jurnalda gedən bir tənqidi yazıya ciddi cavab verilər, tezliklə hər şey qaydasına düşərdi. İndi nə qədər yazırsan, elə bil gölə bir daş atırsan. Axı, necə ola bilər ki, ictimaiyyətə çıxarılan haqlı tənqidə cavab verilməsin? Ən azı biabırçılıqdı...
Qeyd edək ki,rayonda baş alıb-gedən özbaşınalıqlar artıq "pik” həddə çatıb. Səhiyyə şöbəsinin müdiri İlham Mustafayev açıqca "at oynadır”. Korrupsiya və rüşvətxorluq ayaq tutub yeriyir. Lakin səhiyyə nazirı Oqtay Şirəliyev bu məsələyə nə müsbət, nə də mənfi münasibəıt bildirmir. Belə çıxır ki, İlham Mustafayevlə Oqtay Şirəliyev bir ələ işləyirlər. Belə deyilsə onda niyə reaksiya verilmir?
Xəstəxanada İlham Mustafayev süpürgəçiyə də az qala haqq qoyub. Hər bii şöbə aylığa otuzdurulub. Artıq son illər Ağstafa Mərkəzi Xəstəxanasına müraciət edənlərin də sayı azalıb. Əksəriyyət üzünü Qazax və Tovuz rayonlarına tutur. Çünki iqtisadi bir çətinlik dövründə çörək pulunu da qazana bilməyən xəstələr Ağstafa həkimlərinə rüşvət verə bilmir, haqlı narazılıqlarını qəbul etməyən baş həkim İlham Mustafayevə də şikayət edə bilmirlər. Həkimlərin əksəriyyəti xəstələrin şikayətindən qorxmur. Onlar İlham Mustafayevə hər ay haqq verdiyindən onun gözlərini kölgəli ediblər. Nəticədə, Mustafayev onlara bir kəlmə də deyə bilmir.
Rayon əhalisinin söyləmələrinə görə, Mustafayev artıq 5-10 manata da tamah salır. Bu günlərdə onun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevi aldatması, ona yalan danışması da təəccüb doğurub. Belə ki, şöbələrdə quraşdırılmış kondinsionerlərin işləməməsini görən Məhərrəm Quliyev Mustafayevdən onların nə üçün işləməməsini xəbər alıb. Dostluğu da rüşvət olan Mustafayev başçıya yalan sataraq kondinsionerlərin nizam olmasını, sadəcə özlərinin işlətmədiyini bildirib. Halbu ki, kondinsionerlər çoxdan xarab olub.
Onu da bildiririk ki, bəlkə də birinci dəfədir ki, Ağstafa Səhiyyəsi belə bir rüşvətxorun əlinə keçib. Bunlar məlum ola-ola maraqlıdır ki, səhiyyə nazirliyindən reaksiya yoxdur? 
Qarşı tərəfi də dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.
İlham Hacalı
Shafaqadogru.com Teref.infoya istinadən bildirir.