ABŞ Ukrayna rəhbərliyinə Kiyevi dəstəkləmək üçün resursların əbədi olmadığı barədə xəbərdarlıq edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Hamı başa düşür ki, bu müharibə nə vaxtsa bitməlidir. Biz hamımız istərdik ki, bu, gec deyil, tez bitsin”, - deyə rəsmi şəxs bildirib.
Agentlik, həmçinin "Ipsos" xidməti ilə birgə keçirdiyi sosioloji sorğunun məlumatlarını təqdim edib. Sorğuya əsasən, 2022-ci ilin aprelində amerikalıların 73%-i Ukraynaya hərbi yardımı dəstələyirdisə, 2023-cü ilin fevral ayının əvvəlinə qədər bu dəstək 58%-ə düşüb. Sorğuda 4 min amerikalı iştirak edib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden fevralın 20-də Kiyevə səfər edib və Ukraynaya 460 milyon dollar yardım ayrıldığını açıqlayıb.//modern.az