Şəfəqə Doğru » Gündəm » Azərbaycanda dəhşətli qətl: 27 yaşlı arvadını döyə-döyə öldürdü

Azərbaycanda dəhşətli qətl: 27 yaşlı arvadını döyə-döyə öldürdü

Azərbaycanda dəhşətli qətl: 27 yaşlı arvadını döyə-döyə öldürdü
Naxçıvanda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Şərur rayonu Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Vəli Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı 1989-cu il təvəllüdlü Cavidə Məmmədovanı döyüb.

Xəstəxanaya yerləşdirilən C. Məmmədova orada ölüb. Hadisəni törədən V.Məmmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.