Bakıda intihar hadisəsi baş verib.
Xətai rayonunda 1991-ci il təvəllüdlü G.Abdullayeva özünü çoxmərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. O, hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Abdullayeva xəstəlikdən əziyyət çəkirmiş. Onun özünü atdığı ev isə bacısına məxsus imiş.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır (qafqazinfo).