Oktyabrın 5-də Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub.
"Unikal"ın məlumatına görə, 1997-ci il təvəllüdlü Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu olub.
O, Cəbrayıl rayonunda xidmət edib.