Moldova polisi Kişinyovdan 20 km aralıda pilotsuz təyyarə tapıldığını açıqlayıb.
Bu barədə idarənin teleqram kanalında məlumat verilib.
Bildirilib ki, hadisə yerində ixtisaslaşmış xidmətlər işləyir. Respublika polisinin texniki, məhkəmə-tibbi ekspertiza mərkəzinin texniki və partlayıcı maddələr şöbəsinin əməkdaşları təyyarənin hərtərəfli ekspertizasını keçirməyi planlaşdırır.
Qeyd edək ki, noyabrın 10-da Moldova polisi ölkənin cənub-şərqində PUA-nın aşkar edildiyini açıqlayıb.