Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb.
Bu barədə Modern.az saytına AYNA-dan məlumat verilib.
Bildirilib ki, aprelin 16-da səhər saatlarında "BMH" MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.