Məşhur reper Elşad Xose həbs olunub.
Musteqil.az-ın xəbərinə görə, o Yasamal rayonu Ş.Qurbanov küçəsində nalayiq ifadələr işlədib və polisin qanuni tələblərinə riayət etməyib.
Onun barəsində protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Yasamal rayon Məhkəməsində polis tərəfindən tərtib olunan protokol təmin edilib və Xose 15 gün müddətinə inzabati qaydada həbs edilib.
