Şəfəqə Doğru » Gündəm » Bəlucistan əyalətində əməliyyat: 92 silahlı öldürülüb

Bəlucistan əyalətində əməliyyat: 92 silahlı öldürülüb

Bəlucistan əyalətində əməliyyat: 92 silahlı öldürülüb

Pakistan ordusu Bəlucistan əyalətində həyata keçirilən hücumlara görə, məsuliyyət daşıyan azı 92 silahlının öldürüldüyünü açıqlayıb.

Bu barədə BBC məlumat yayıb.

“Qarşıdurmalar zamanı 15 təhlükəsizlik xidməti əməkdaşı və 18 mülki şəxs həlak olub”, – deyə bildirilib.


Pakistan ordusu hücumlarda silahlılara Hindistanın dəstək verdiyini iddia edib. Dehli isə bu cür ittihamları təkzib edib.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu (BLA) adlı silahlı qrup hücumlara görə məsuliyyəti öz üzərinə götürərək onlarla əsgərin öldürüldüyünü bəyan edib. Hər iki tərəfin iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Pakistan ordusu Bəlucistan boyunca təmizləmə əməliyyatları apardığını və üsyançıların pis niyyətli planlarını uğurla puça çıxardığını qeyd edib. Ölkənin baş naziri Şahbaz Şərif ordunu tərifləyərək terrorçuluq tamamilə məhv edilənədək mübarizənin davam etdiriləcəyini bəyan edib // global.info