Şəfəqə Doğru » Gündəm » İsmayıllı sakini olan 31 yaşlı qadın axtarılır

İsmayıllı sakini olan 31 yaşlı qadın axtarılır

İsmayıllı sakini olan 31 yaşlı qadın  axtarılır

İsmayıllıda 31 yaşlı qadın itkin düşüb.

“Qafqazinfo”-nun xəbərinə görə, rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-si yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxarkən əynində qara rəngli jilet və şalvar olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.