Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib
Hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.
Bundan sonra oğlan tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.
Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.