Ölkədəki ağır iqtisadi durum vətəndaşları getdikcə daha çox çıxılmaz vəziyyətdə qoyur. Bəziləri ailəsinin maddi tələbatını ödəmək üçün bəzən qanunsuz əməllərə əl atır. Qanunsuz əməllər deyərkən təbii ki, bir çoxlarının yadına ilk olaraq oğurluq hadisələri düşür. Amma biz oğurluqdan deyil, daxili orqanlarını satışa çıxardanlardan bəhs etmək istəyirik. Bunun qanunvericiliyə uyğun olaraq qadağan edilməsinə baxmayaraq, hələ də aşkar şəkildə müxtəlif elanlara rast gəlirik. Bu dəfə diqqətimizi qəzetdəki elan çəkdi. Birdən-birə iki nəfər elan verərək qara ciyərini satdığını bildirirdi.
Alıcı kimi həmin şəxslərlə əlaqə saxladıq. Səsindən gənc olduğu sezilən oğlan dərdli-dərdli danışdı. Bildirdi ki, 35 yaşındadır, heç bir xəsətliyi yoxdur, səhhətindən heç vaxt şikayətçi olmayıb. Hansı səbəbə ciyərini satdığını soruşduq. Cavab "Dükanlara, banklara borclu olduğuma görə” oldu:
"Qardaş, vallah arxayın ol, heç bir xəstəliyim yoxdur. 35 yaşım var, qanım 3 qrup müsbətdir, 1.75 boyum var. Sadəcə banklara, dükanlara borcum boğaza qədərdir. Çıxış yolum yoxdur. Siqaret belə çəkməmişəm indiyə kimi. Sapsağlam ciyərdir. Əlacım yoxdur, iş-güc də yoxdur. Ona görə satıram. 30 000 manata...”
Nəsə söyləmək çətin idi, birtəhər sağollaşdıq. Çətin idi həqiqətən...
Növbəti elan sahibinə zəng etdik. Elanda özü haqqında bəzi məlumatları vermişdi. 1979-cu il təvəllüdlüdür, qara ciyərinin bir hissəsini satır, qan qrupu O(1)+ RH –dır, boyu 1.83 sm, yarı ciyərin qiyməti isə 18 000 AZN. Ciyərini satışa çıxarmasını səbəbi də eynidir:
"Borcumuz var, yaşaya bilmirik. Kirayədə qalıram. Evin kirayəsini də verə bilmirəm. Mənə də ev yiyəsi xəbərdarlıq edib. Nə edim küçələrdə qalmalıyam?”
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də cəhdimiz uğursuz oldu.
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov məsələyə ilə bağlı bildirdi ki, orqanların transplantasiyası ancaq bağışlama yolu ilə həyata keçirlər bilər:
"Əgər hansısa bir şəxs yaxınına, doğmasına öz orqanını bağışlayırsa, təbii ki, burada cinayət tərkibi yoxdur. Amma buna qiymət qoyaraq aşkar şəkildə satışa çıxarırsa, bu, birbaşa olaraq cinayətdir. Təbii ki, bu məsələyə Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə İdarəsi baxmalı və araşdırmalıdır. Bu məlumat vasitəsilə cinayətkar qruplaşmaların da izinə düşmək olar. Onu kimlər alır, kimlər satır? Bəlkə hansısa qruplaşma orqan alveri ilə məşğuldur? İnsan orqanlarını ehtiyac ucbatından satan insanlardan ucuz alıb, digər ehtiyacı olan insanlara baha satacaqlar? Bəlkə bunu xaricə çıxaracaqlar? Bu araşdırılmalı mövzudur. Cinayət Məcəlləsinin 137 –ci maddəsində (İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə) müəyyən müddəalar öz əksini tapıb. Hətta cinayət tərkibi olan məsələlər əgər KİV-lərdə, mətbuatda, televiziyalarda dərc edilirsə, yayımlanırsa, Prokurorluq orqanları heç bir müraciət olunmadan dərhal araşdırmalı və tədbir görməlidir. Bu, Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsində də öz əksini tapıb. Ümumilikdə isə bu məsələ Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən araşdırılmalı və ciddi addımlar atılmalıdır”.