Şəfəqə Doğru » Gündəm » Talış istiqamətində döyüşlər: düşmən itki verdi

Talış istiqamətində döyüşlər: düşmən itki verdi

Talış istiqamətində döyüşlər: düşmən itki verdi
Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyinin” yaydığı məlumata əsasən mayın 11-dən 12-nə keçən gecə təmas xəttinin şimal istiqamətində (Goranboy-Talış) gedən mövqe döyüşləri nəticəsində erməni işğalçı qüvvələri itki verib.

 Virtualaz.org 
xəbər verir ki, minomyotların və qumbaraatanların da tətbiq olunduğu döyüşlər zamanı 1996-cı ildə anadan olmuş əsgər Armen Martirosyan ölümcül yara alıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi boyu ötən sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 136 dəfə atəş zərbəsi endirib.