Məlum olduğu kim yeni il tətilindən sonra ali məktəblərdə və kolleclərdə qış imtahan sessiyalarına start verilib. O da sirr deyil ki, qış sessiyaları bir çox təhsil ocaqlarında həm də pul yığımı kompaniyası xarakteri daşıyır. Son dövrlər bir çox ali təhsil müəssisələrində bu kimi halların qarşısının alınması yönündə ciddi tədbirlər görülsə də, problemin birdəfəlik çözümünə hələ tam nail olunmayıb. Hazırda pul yığımı kompaniyası daha çox gözdən, könüldən uzaq, hələ də müasir texnologiyalarla tam təchiz edilməmiş əyalət tipli kolleclərdə daha çox özünü biruzə verməkdədir. Həm bu, həm də sözegedən əyalət təhsil müəssisələri rəhbərlərinin uzun müddətdir ki, bir vəzifəni daşıması səbəbindən yayılan xəbərlərə görə,Təhsil naziri Ceyhun Bayramov bir neçə təhsil müəssisəsinin rəhbərini qış imtahan sessiyası müddətində tutduqları vəzifədən kənarlaşdırmağı planlaşdırır.
Tutduqları vəzifədən çıxarılacağı gözlənilən təhsil müəssisələri rəhbərlərinin siyahısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi və Quba filiallarının direktorları, həmçinin Bakı Qida Sənayesi və Texniki Kollecinin rəhbərləri də var. Adıçəkilən təhsil ocaqlarında aparılacaq dəyişiklik şəffaflaşdırma məqsədi daşıyacaq, işdən azad olunacaq şəxslərin fəaliyyəti yoxlanılacaq. ADPU-nun Quba filialının direktoru Əli Allahverdiyevin rüşvətə meylli şəxs olması, onunla bağlı narazılıqların son vaxtlar xeyli artması əsas götürülərək, işdən kənarlaşdırılacaq. Həmçinin,Pedaqoji Universitetin Ağcabədi filialının xanım direktoru Mətanət Fərzəliyeva da qeyri-qənaətbəxş fəaliyyətinin ,bir sıra keçmiş əməllərinin güdazına gedəcək.
Məlumata görə, Mətanət Fərzəliyeva hələ gənc yaşlarında Pedoqoji Universitetin Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adı çəkilən təhsil müəssisəsindən xaric edilib. Bu "alim” xanım belə işlərinə görə sonralar da töhmət alıb. Belə ki, M.Fərzəliyeva 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında 17 sentyabr 2005-ci il tarixli (Protokol №1) iclasın qərarı əsasında Azərbaycan Müəllimlər İnstitutunun sabiq rektoru Aqiyə Naxçıvanlının əmrinə əsasən, AMİ Ağcabədi filialının Tədris İşləri üzrə direktor müavini vəzifəsindən azad edilib. Bundan bir neçə il sonra isə sabiq nazir Misir Mərdanovun 14 nömrəli əmri ilə "Nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə” töhmət verilib. Amma pozuntu və nöqsanların içində olan bu xanım nə qədər təəccüblü olsa da, kimlərinsə dəstəyi ilə sonradan AMİ Ağcabədi filialının direktoru təyin edilib, köhnə əməllərini daha "yüksək səviyyədə” davam etdirib. Belə bir şəxsin hazırda qış və yay semestr imtahanlarının şəffaf keçirilməsinə dair fəaliyyəti təbii ki, yuxarı dairələri qane edə bilməz.
Bakı Texniki Kollecin direktoru Fərrux Məmmədov isə hələ sovet dönəmində tələbədən rüşvət aldığına görə, müəllimlikdən qovulub, həbs həyatı yaşayıb. İndi Kollec direktoru tələbələrlə necə gəldi davranır, istədiyi kimi pul yığır.
Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov gəlincə,o uzun müddət saxta diplom işi ilə məşğul olub. "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin qohumu olan bu şəxsin özünəməxsus işi olub. Vilayət müəllim 1998-2005-ci illər ərzində Cənubi Rusiya Universiteti yaradaraq, Dövlət Tələbə Qəbulu Komissiyasının xətti ilə bal toplaya bilməyən abituriyentlərin adını həmin "universitet”ə yazdırıb, sonra da onları respublikanın nüfuzlu universitetlərinə köçürmə yolu ilə yerləşdirib. Burada da məsələ çox sadə olub. Vilayət İsmayılov həmin "tələbələrə” səfirliyin təsdiq etdiyi saxta akademik arayış (Opostl) almaqla, tələbə köçürmələrini mümkünləşdirib. O, bu işi 2010-cu ilə qədər "uğurla” davam etdirib, külli miqdarda gəlir əldə edib. 5 il əvvəl Bakı Texnologiya və İdarəetmə Kollecinə rəhbərlik edən Vilayət müəllim hazırda Bakı Qida Sənayesi Kollecinin direktorudur.
Şirvan şəhərindəki Pedoqoji Kollecə rəhbərlik edən Balamirzə Məmmədovun da adı deyilənlərə görə bu siyahıdadır. Məlum olduöu kimi mərhum Müdafiə Sənayesi Naziri Yavər Camalovla və şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla qohumluq telləri Balamirzə Məmmədovun uzun müddətdir bu vəzifədə toxunulmazlığını təmin etmişdi. O, bu vəziyyətdən istifadə edərək, kollecə 15 ildən çoxdur ki, rəhbərlik edir və burada pulsuz bir tələbəyə də qiymət yazılmır. Balamirzə Məmmədov üçün ən sevincək aylar iyun və dekabr ayı hesab olunur. Bu aylarda onun əhval-ruhiyyəsi çox yaxşı olur, çünki tələbələrin semestr imtahanlarına "hazırlıq işləri” bu aylarda aparılır. Bu səbəbdən Balamirzə Məmmədov iyun və dekabr aylarını özü üçün ən uğurlu aylar hesab edir. Bu vəziyyətdən bezən tələbələr isə Balamirzə Məmmədovun "qayda-qanunlarına” artıq uyğunlaşıblar.
Bu siyahıda adı olanlardan biri də Sumqayıt Dövlət Universitetrinə birləşdirilmiş Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevadır. Məlumata görə Mətanət xanımım da bu vəzufədə uzun müddətdir çalışmasına səbəıb yüksək çinli qohumlarının böyük rolu olub. Deyilənlərə görə Mətanət Pirquleyevanın müavini imtahan vaxtı tələbələrdən pul yığımını heç də çəkinmədən həyata keçoirir ki, bu da qeyd etdiyimiz kimi arxayınçılığın əlamətlərindən biridir.
Verilən məlumatlara görə adlarını çəkdiyimiz bu direktorlar artıq Ceyhun Bayramovun nəzarətindədir. Onların tutduqları vəzifədə nə qədər qala biləcəklərinə də yaxın günlərdə aydınlıq gələcək. Onu da qeyd etmək istərdik ki, siyahıda hallanmayan bir necə başqa direktorların da adının olması istisna deyil.
Aktualinfo.org