Şəfəqə Doğru » Gündəm » Hüseynqulu Bağırovun adamları gec qaldı, amma fakt var - VİDEO

Hüseynqulu Bağırovun adamları gec qaldı, amma fakt var - VİDEO

Hüseynqulu Bağırovun adamları gec qaldı, amma fakt var - VİDEO
Gəncəbasardakı mənbələrimizdən Moderator.az-a ilginc məlumat, daha doğrusu foto və videosübutlar daxil olub. 

Bildirilir ki, Kür çayının Şəmkir rayonundan keçən ərazisində, xüsusən də Şəmkir Su anbarının ətrafında brakonyerlər Kürdəki balıqlara qənim kəsilib. Bildirilir ki, ərazidə qanunsuz balıq ovu ilə məşğul olan onlarla qayıq var və onların hər birinə görə 500 manat aylıq haqq alınır. 

Qayıqların heç birində tanınma nişanı yoxdur və onların suya buraxılması tamamilə qanunsuzdur. Halbuki suya buraxılan hər bir qayığa Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi icazə verilməlidir. 

Əraziyə Su Nəqliyyatında Baş Polis İdarəsi regional bölməsinin rəsi Faiq adlı şəxs nəzarət edir. 



Mənbənin sözlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirilyi bir neçə gündür ərazidə yoxlama həyata keçirir, amma onların gəlməsindən vaxtından əvvəl xəbər tutan balıqçılara qayıqları ərazidən kənarlaşdırmaq göstərişi verilib. Bu azmış kimi yoxlanacaq ərazilər əvvəlcədən müəyyənləşdirildioyindən işbazlar bəzi yerlərdə qayıqları gizlətməyi lazım bilməyib sadəcə balıq tutmaqdan bir neçə günlük əl saxlayıblar. Moderator.az oxuculara təqdim etdiyi foto və videomaterialda da məhz həmin qayıqların görüntüləri əks olunub.