Şəfəqə Doğru » Manşet » Deputatdan sərt çıxış-“Biz Tarif Şurasını təcili ləğv etməliyik!”

Deputatdan sərt çıxış-“Biz Tarif Şurasını təcili ləğv etməliyik!”

Deputatdan sərt  çıxış-“Biz Tarif Şurasını təcili ləğv etməliyik!”

"Sanki başımızın üstündə kabus dolaşır. Bu kabus da Tarif Şurasıdır".


Bunları  deputat Tahir Kərimli parlametin yaz sessiyasının ilk iclasında çıxış edərkən deyib.


Deputat bildirib ki, kimlərsə bizim muharibədə əldə etdiyimiz qələbəni gözdən salmağa çalışır:

 

"Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının da qərarını. İnsanlar içinə çıxmaq olmur. Hamıya deputat cavab verməlidir. Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?! Biz təcili Tarif Şurasını ya ləğv etməli ya da bizim qərarımızla qərar verməlidir. Narahatlığımı bildirirəm. Belə olmaz! Cənab prezidentin gördüyü işlərə kölgə salmağa çalışırlar"// modern.az